07 yanvar 2025
14
“Mado” restoranında neçə nəfər zəhərlənib? -İLGİNC
Sosial şəbəkədə Mado restoranında zəhərlənmə olduğu iddia olunur.
Yenimeydan.info ; Məlumata görə şikayətçi bildirib ki, Mado restoranına böyük ümidlərlə getmişdik, lakin təəssüf ki, tamamilə məyus olduq. Yeməklərin keyfiyyəti çox aşağı idi və xidmət tamamilə laqeyd idi. Üstəlik, bizimlə gedən hər bir xanım yeməkdən sonra özlərini narahat hiss etdi. Problem barədə restoran rəhbərliyinə müraciət etdik, lakin nə kompensasiya, nə də məsuliyyət hissi göstərildi. Belə bir tanınmış restoranın belə rəftarı qətiyyən qəbulolunmazdır. Mado restoranına getməyi düşünənlər bir daha fikirləşsinlər! Keyfiyyət və xidmət sıfır!
Yeməklərin keyfiyyəti və xidmət səviyyəsi ilə bağlı narazılığımız barədə rəsmi tədbir görmək istəyirik. Bu barədə hansı dövlət qurumlarına və ya istehlakçı hüquqlarını qoruyan təşkilatlara müraciət edə biləcəyimizi bilən varsa, zəhmət olmasa, bizə məlumat versin. İstehlakçı hüquqlarımızı qorumaq üçün dəstəyinizə ehtiyacımız var!
Hüquq tərəfdən bizə vəkil lazımdır.. deyə Hüquqşünaslar qurpunda yazılıb.
Hətta digər sosial şəbəə istifadəçiləri şərh yerində öz şikayətlərini bildiriblər.
“Mado” restoranı Əhmədli filialı ilə əlaqə yaratsaq da suallarımıza cavab verilmədi.(xalq.az)
Oxşar Xəbərlər:
İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
MADO-nun başına çəkilən DÖVLƏT SIĞALI - Nə vergi verirlər, nə də ki...