09 yanvar 2025
21

Texniki Universitetin rektorunun öz "racon"ları var -ŞİKAYƏT

Vilayət Vəliyev yenidən bu universitetin rektoru təyin edilib

Azərbaycan Texniki Unversitetinin ağsaqqal müəllimlərindən olan Cuməli müəllimə (Mühəndis fizikası və elektronika kafedrası-tel:0125389437) rektor Vilayət Vəliyev təzyiq göstərməkdən yorulmur. Çünki, Cüməli müəllim unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, dələduzluğu, korrupsiyanı və talançılığı bir-bir sadalayır. Bu barədə müraciət redaksiyamıza göndərilən müraaciətdə qeyd edilib.
Müraciətdə daha sonra qeyd edilib ki, rektor Vilayət Vəliyev AzTU-nun nə tədris-köməkçi heyətilə, nə professor-müəllim heyətilə nə rəhbər şəxsləri ilə yola gedir. Tədris-köməkçi heyətin ixtisara salınması haqqında əmr verib, professor-müəllim heyətinə tapşırır ki, dərs olmayanda da gəlin unversitetdə oturun (nə oturmağa yer var, nədə işləməyə kompüter, çirkin əməlləri ilə hər ikisinində axırına çıxıb), rəhbər şəxslərədə hey qorxu gəlirki, dekanlığınızı və ya kafedranızı bağlayaram (neçə belə kafedranı iki-iki, üç-üç birləşdirib). Rəhbər şəxsləri hərac, dələduzluq, korrupsiya yolu ilə talamağa çalışır. Vəsait ala bilməyəndə də qovmaqla hədələyir. Məsələn, kafedra müdiri Ramiz Kəlbiyevdən (tel:0125391432) dələduzluq yolu ilə 3000 manata yaxın pul qopardıb, əlavə pul gətirməsə, işinə son verməklə hədələyir. Bu açıq-aydın korrupsiya ilə təhsil ocağında hara gedirik? Ramiz Kəlbiyevin oğlu Vətən müharibəsində vuruşanda onun oğlu anasının “qoltuğu” altında gizlənirdi, qızına unversitetdə 3 yerdən maaş yazdırırdı.
Cüməli müəllim və onun kimi digər müəllimləri Unversitetdə rahat belə dərs deməyə imkan vermir. Unversitetə girişdən çıxışa qədər təyin etdiyi adamlar əsəblərinə toxunur, sancırlar. O adamlarada bir söz demək olmaz, hamısı Vilayət Vəliyevin “hamiliyi” altındadır.
Ölkəmizin daxili siyasətinə kölgə salan şəxslərdən biri olan Vilayət Vəliyevin korrupsiya, dələduzluq, talançılıq hərəkətlərinin qarşısını almağınızı səbirsizliklə gözləyirik.(Gundeminfo.az)
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.