09 yanvar 2025
5
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi diplomat Ramiz Vəliyev həbs edilib.
Diplomatın həbsi barədə mediada yayılan xəbərlərə görə, buna səbəb beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə üzə çıxan faktlar olub.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu arada məlum olub ki, Ramiz Vəliyevin vəkili onun qardaşı oğlu Adəm Məmmədovdur.
Bu sensasion cinayət işinin nə yerdə olması ilə bağlı Gununsesi.info-nun əməkdaşı Adəm Məmmədovla əlaqə saxlayıb.
Adəm Məmmədov məsələ ilə bağlı hələlik açıqlama vermək istəmədiyini bildirib:
“Sözügedən məsələ ilə bağlı hələlik bir açıqlama vermək istəmirəm”
Criminal.az-ın əldə etdiyi məlumata görə, R.Vəliyevin qardaşı Tofiq Vəıiyev da illər əvvəl Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. T.Vəliyev 2001-ci ildə Astara gömrükxanasının yük şöbəsində böyük inspektor işləyərkən cinayət törədib. Ona qarşı MTN-in istintaq idarəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə məhkum olunub.