09 yanvar 2025
5
“Kotirovka kralı” “Ofis.A.M.” – 1 ildə 331 satınalma müqaviləsi bağlayan şirkət kimindir?
“Ofis-A.M.” şirkəti 2024-cü ildə 331 satınalma müqaviləsi bağlayıb.Qaynarinfo-nun məlumatına görə, şirkət əsasən kotirovka sorğularında qalib seçilib.
Nizamnamə kapitalı 1000 manat olan şirkətin hansı tarixdə dövlət qeydiyyatına alındığı bəlli deyil. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu barədə hər hansı qeyd yoxdur.
Yalnız o məlumdur ki, şirkət ötən ilin fevralında reyestr məlumatlarına dəyişiklik edib. Dəyişikliyin nədən ibarət olduğu barədə bilgi yoxdur.
Şirkət reyestr məlumatlarına dəyişiklik ediləndən sonra dövlət satınalmalarında fəal iştirak etməyə başlayıb və 331 kotirovka sorğusunun qalibi seçilib və bütün sorğular üzrə satınalma müqaviləsi imzalanıb.
2025-ci il başlar-başlamaz şirkət iki kotirovka sorğusunda iştirak edib və qalib seçilib. Kotirovka sorğularından birini “Su İdman Sarayı”, digərini isə Bakı Dövlət Universiteti keçirib.
“Ofis.A.M.” şirkətinin qalib gəldiyi kotriovka sorğuları əsasən dəftərxana məhsullarının satın alınması ilə olub.
Kotirovka kralı olan bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Şirkətin qanuni təmsilçisi Abdullayev Müşfiq Yavər oğlu barəsində də hər hansı məlumat yoxdur.

Oxşar Xəbərlər:
İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO
Antiinhisar Dövlət Xidməti Yusifzadə Nərminə daha bir yaşıl işıq yandırdı
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
Prezident əfv sərəncamı imzaladı – SİYAHI