15 may 2024
69
İsi Mustafayev CƏRİMƏLƏNDİ – “Azərpoçt”da baş verən bədbəx hadisə barədə məlumat verməməkdə ittiham olunub
![](/uploads/posts/2024-05/1715751321_1715751304113.png)
Bu maddə İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
İsi Mustayafevə qarşı irəli sürülən ittihamdan belə aydın olur ki, “Azərpoçt”da hansısa bədbəxt hadisə baş verib və qurumun rəhbərliyi bu barədə Dövlət Əmək Müfəttişliyinə məlumat verməyib.
Olayın detalları barədə məlumat yoxdur.
555.1-ci maddədə min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
İsi Mustafayev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
İş hakim Xalidə Əlisoyun icraatındadır.
İsi Mustafayev 2000-ci ildən başlayaraq müxtəlif şirkət və banklarda iqtisadçı, departament direktoru kimi aparıcı vəzifələrdə işləyib.
2021-2022-ci illərdə “Azərpoçt” MMC-nin Baş direktor müavini vəzifəsini icra edib.
2023-cü ildən “Azrəpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası ona həvalə edilib.
![](/templates/yenimeydan/images/728rkl.jpg)
Oxşar Xəbərlər:
![“Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1714623771_777.jpeg)
“Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir
![Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar](https://teref.az/uploads/posts/2023-12/1702880985_1.jpg)
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
![İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır](https://mediatv.az/uploads/posts/2023-11/1700640006_iqtisad-naz-1536x983.jpg)
İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
![“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ](https://dia.az/uploads/posts/2023-09/thumbs/1695786730_0001.jpg)
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
!["Araz Supermarket" istehlakçıları aldatdı, cərimələndi - QƏRAR](https://dia.az/uploads/posts/2023-08/thumbs/1693031412_0001.jpg)
"Araz Supermarket" istehlakçıları aldatdı, cərimələndi - QƏRAR