14 mart 2025
36

Bu dövlətlər Tehranın nüvə məsələsini müzakirə edir -FOTO

İran, Çin və Rusiya Tehranın nüvə məsələsini müzakirə edir
Pekində İranın nüvə problemi ilə bağlı Çin-Rusiya-İran görüşü keçirilir.


 Bu barədə Çin dövlət televiziyası məlumat yayıb.
İran, Çin və Rusiyanın yüksək vəzifəli rəsmiləri bu gün Pekində keçirilən görüşdə Tehranın nüvə məsələsini müzakirə edirlər.
Görüşdə Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edir.