14 mart 2025
11
Tramp Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsinə qarşıdır- Vens

ABŞ Prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləmir.
Yenimeydan.info xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, lakin əgər o, nüvə silahlarının daha da şərqə – Avropanın şərqinə yerləşdirilməsini dəstəkləsəydi, təəccüblənərdim. Söhbət bəşəriyyətin gələcəyindən gedir”, – Vens deyib.
O, əvvəlki ABŞ administrasiyasının yanaşmasını tənqid edib.
“Keçmiş prezident Cozef Bayden bizi gözüyumulu nüvə münaqişəsinə doğru aparırdı”, – Vens vurğulayıb. “Bizə daha soyuqqanlıların üstünlük təşkil etməsi lazımdır, o cümlədən Rusiya və Ukrayna məsələsində. Bayden administrasiyasının strategiyası ukraynalıları hərfi mənada silahla donatmaq, rusiyalıların və ukraynalıların qan itirməsinə imkan vermək və hansısa şəkildə tənzimləmənin havadan yaranacağına ümid etmək idi”, – o bildirib.
“Donald Tramp ukraynalıların nə istədiyini, rusiyalıların nə istədiyini öyrənmək üçün bütün administrasiyasını cəlb edərək sərt diplomatiya ilə məşğul olur. Müharibə axmaqlıqdır, əgər o prezident olsaydı, heç vaxt başlamazdı və onun davam etməsi heç kimin maraqlarına cavab vermir”, – vitse-prezident əlavə edib.

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

ABŞ-İran danışıqları:həll, yoxsa xəyanət?

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO