13 mart 2025
12
“Bizi biabır etdin” – Mirzoyanla jurnalistlər arasında mübahisə (VİDEO)

Jurnalistlər dəhlizdə keçən nazirdən brifinq keçirib-keçirməyəcəyini soruşublar. Nazirin mənfi cavabından sonra jurnalistlərdən biri deyib: “Niyə? Yalnız türk jurnalistlərə müsahibə verirsiniz?”
Bundan sonra Mirzoyan jurnalisti təhqir etməyə başlayıb. “Mən sizin dediklərinizi son dərəcə qeyri-etik, yöndəmsiz və qeyri-peşəkarlıq hesab edirəm. Bu, jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sizə”.
Jurnalistlər isə yenidən erməni nazirə cavab veriblər: “Ayıb sizə olsun ki, nazir kimi gəlib bizi biabır etdin, əli cibində danışırsan”.
“Əgər sizlərdən kimsə yalnız türk həmkarlarınıza cavab verdiyimi söyləyirsə, mənim də sizə “ayıb olsun” deməyə tam haqqım var”, – deyə Mirzoyan cavabında bildirib.
“Unikal”

Oxşar Xəbərlər:

“Bizi biabır etdin” – Mirzoyanla jurnalistlər arasında mübahisə (VİDEO)

Fevralda hava necə olacaq? – AYLIQ PROQNOZ

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ