14 mart 2025
12
Goranboyda 9-cu sinif şagirdi qaçırılıb? – RƏSMİ AÇIQLAMA

Aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
00:05
Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.
Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.
Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
