14 mart 2025
10
Zelenski: Putin müharibəni davam etdirmək istəyir, lakin bunu birbaşa deməkdən çəkinir

Zelenski Putinin 30 günlük atəşkəs təklifi ilə bağlı çıxışına cavab verib: “İndi biz hamımız Rusiyadan cəbhədəki sükut ideyasına cavab olaraq Putinin çox gözlənilən, çox manipulyativ sözlərini eşitdik — o faktiki olaraq hazırda imtina hazırlayır”.
“Putin, sözsüz ki, birbaşa Prezident Trampa bu müharibəni davam etdirmək, ukraynalıları öldürmək istədiyini deməkdən çəkinir. Buna görə də onlar orada, Moskvada, sükut ideyasını elə ilkin şərtlərlə əhatə edirlər ki, ümumiyyətlə heç nə alınmasın və ya mümkün qədər uzun müddət alınmasın”, – dövlət başçısı vurğulayıb.
O, Kiyevin prosesi çətinləşdirmədiyinə, Moskvanın isə dağıdıcı mövqe nümayiş etdirdiyinə diqqət çəkib:
“Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq. Bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şeyi uzadacaq yeganə tərəf, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır”.
“İndi ona (Putinə – red.) təzyiq göstərmək lazımdır. Kömək edəcək sanksiyalar tətbiq etmək lazımdır. Rusiyanı müharibəni bitirməyə məcbur etmək üçün amerikalı tərəfdaşlarımızla, Avropa tərəfdaşlarımızla, dünyada sülh istəyən hər kəslə işləyəcəyik”, – deyə Ukrayna Prezidenti çağırış edib.

Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT