15 mart 2025
10

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır

 
Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.
Yenimeydan.info  xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib. 
Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır.
"Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb.