16 avqust 2024
42

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto

   





Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 15-də Qusar rayonu Düztahir kəndində seçicilərlə görüş keçirib.

 XALQ.AZ məlumat verir ki, izdihamlı görüşdə ehtiyada olan polkovnik Rəşad Aslanovu kənd sakinləri səmimi qarşılayıblar.

Deputatlığa namizəd Rəşad Aslanov seçicilərə səslənərək bildirib ki, 1 sentyabrda yeni tarix yazılacaq ölkəmizin bütovlüyü təmin edilib və suveren Azərbaycanda ilk dəfə parlament seçkiləri keçiriləcək. Sizi bu tarixi hadisədə  fəal iştirak etməyə çağırıram. Mənim əsas məqsədim Qusarımızın daha da inkişaf etdirilməsi üçün Sizlərlə birgə yeni lahiyələr,təkliflər hazırlayıb həyata keçirmək olacaq. Zamanla həllini gözləyən problemlərin qanunvericiliyimizə uyğun biz birlikdə həllinə nail olacayıq.

Görüş zamanı çıxış edən kənd ağsaqqalarI bildiriblər ki, Rəşad Aslanovu dəstəkləyirlər və 1 sentyabrda keçiriləcək seçkilərdə ona səs verəcəklər. Milli Məclisdə onları təmsil etmək üçün hamılıqla seçkilərdə fəal iştikak edəcəklərini qeyd ediblər.

Qərargahdan biliriblər ki, seçicilərlə görüşlər davam edir.

Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu  1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub.  2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib.  Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.