13 sentyabr 2024
43
Paytaxtda avtomobil idarə etmək olmayacaq… – Ekspert
Paytaxt yollarında yaşanan acınacaqlı vəziyyətin qarşısını almaq üçün yolları kəsib avtobuslara vermək yox, yeni avtomobil yolları çəkmək lazımdır. Mövcud yolları genişləndirməklə bu problemin qarşısını almaq olardı. Bu gedişlə yaxın illərdə paytaxtda avtomobil idarə etmək mümkün olmayacaq.
Bu sözləri Tribunainfo.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, kor-koranə edilən işlər paytaxtı məhv edib:
“Mövcud avtomobil yolları, səkilər, köhnə tikili binalar arası məsafələr və sair infrastrukturların böyük əksəriyyəti 1986-cıı ildə təsdiq olunmuş baş plana uyğun formada istifadə olunur. Həmçinin paytaxtın əksər ərazilərində yeni orta məktəblərin inşaasına faktiki yer qalmayıb.
Şəhərdə mövcud sıxlıq problemini aradan qaldırmaq üçün hər il səthi iş aparılır, qərarlar verilir. Ancaq problem həllini tapmır və vəziyyət daha da pisləşir.
Təsvir edin, hər bir yeni çoxmənzilli binada kiçik bir kəndin əhalisi yaşayır. Belə bir şəraitdə mövcud avtomobil yollarının bir sırasının avtobusların istifadəsi üçün ayırmaq tıxacın qarşısını almaq absurd qərardır. Bu, birmənalı olaraq həm tıxacların həcmini artırmaq, həm də avtomobil sahiblərinin kütləvi cərimələnməsi məqsədi daşıyır. Yolları iflic edib, hərəkət və parklanma üçün yer saxlamamaq, yolu kəsib avtobus xəttinə vermək, ardınca da sürücüləri cərimələmək ağılsız və gülünc hərəkətdir”.
Nigar