17 iyul 2023
234

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

  “Sumqayıtın 9-cu mikrorayonunda, sakinlərin sıx yaşadığı Sahib Qarayev küçəsinin böyük hissəsində piyadalar üçün səkinin olmaması bu yolla gedən insanlar üçün təhlükə yaradır ki, bu normal sayıla bilməz. Əgər bir küçənin piyada səkisi yoxdursa, təbii ki, hərəkət iştirakçıları məcbur olub yolun nəqliyyat vasitələrinin getdiyi yolla, maşınlar park olunan yerlərdə isə yolun ortası ilə getməlidir ki, bu da piyadaların vurulması, qəza ilə nəticələnə bilər. Bəlkə də belə hadisələr burada olub. Ən azından səkisiz küçə ilə insanlar rahat gedib-gələ bilmirlər. Bu küçəni salıblar, amma elə bil səki yaddan çıxıb”.                                                                                                                                       Yenimeydan.info-a gələn şikayət məktubunda Sumqayıt sakinləri bu problemi dilə gətiriblər.
Onların sözlərinə görə, “Araz” supermarketdən başlayıb Lüdviqshafen parkına, “Aygün” məclis evinəcən qədər uzanan bu 2-ci dərəcəli küçə kəsə yol olduğundan gedişli-gəlişli yoldur.
Üstəlik bu küçədə piyada keçidi də yoxdur. Əlbəttə bəzilərinə belə məsələlər xırda görsənə bilər, amma düşünəndə ki, söhbət insanların, uşaqların böyüklərin yolu təhlükəsiz keçməsindən gedir, bu elə də kiçik problem sayılmamalıdır. Əslində səkinin olmaması piyadalara görə sürücülər üçün də gərginlik və problem yaradır. Onlar da istəyər yolla rahat sürsünlər. Düzdür, gündüz vaxtı bu küçə yoldaş hərəkət o qədər intensiv olmur, amma problem qalır yenə.
Onu da qeyd etmək lazımdır ki, Sumqayıtda səkisiz küçə və ya küçəsinin bir hissəsi başqa yerlərdə də var.Yəni problem ümumidir və digər yerlərdə də əncam çəkilsə yaxşı olar ki, şəhər insan yönümlü rahat şəhər olsun. Ümid edək ki, aidiyyatı qurumlar bu küçənin bütün hissəsində səki düzəldərlər və piyadaların təhlükəsizliyi təmin olunar”.