09 sentyabr 2024
17

Yeni nazir Ukraynanı Türkiyə ilə yaxınlaşdıracaq - Blumberq

 Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Ankara və Varşavada işləyərkən NATO dövlətlərində dərin təmaslar qurub. Yeni vəzifəsində o, artıq ilk telefon zəngini səlis polyak dilində edib.
Yenimeydan.info xəbər verir ki, bu barədə "Blumberq"də dərc olunan məqalədə qeyd edilib.
"Dmitri Kulebadan sonra gələn Sibiqa Rusiyanın tammiqyaslı işğalının ilk iki ilində Andrey Yermakın rəhbərliyi altında Prezident Ofisində çalışıb.
49 yaşlı Sibiqa Yerrmakın rəhbərliyi altında özünü sübut edi. O, taxıl ixracatını bərpa etməkdən ötrü Qara dəniz blokadasının ləğvi ilə bağlı danışıqlara kömək etmək üçün Ankara ilə çalışıb. Adının açıqlanmasını istəməyən məmurun sözlərinə görə, Sibiqa əvvəldən taxıl müqaviləsində iştirak edib”, - məqalədə bildirilib