15 mart 2025
12
"Turanbank" ASC-nin sahibi Məmməd Musayevin nümayəndəsi dövlətə borclanıb / FOTOFAKT
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətin hazırki vergi borcu 180 min manatdan çoxdur (182991.24 AZN).

Bildirək ki, adı keçən şərab şirkətinin sahibi iş adamı Əjdər Şəfizadə Rövşən Oğludur.

İnternet resurslarında araşdırma apardığımız zaman məlum olub ki, iş adamı Əjdər Şəfizadə Rövşən Oğlu Məmməd Musayevin prezidenti olduğu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Qəbələ rayonu üzrə nümayəndəsidir.

Xatırladaq ki, Məmməd Musayev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti olmaqla yanaşı “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədridir.

Mətbuatdakı materiallarda Məmməd Musayevin "TuranBank ASC-nin əsl sahibi olduğu, oğlu Fuad Musayev isə banka xüsusi nəzarət etdiyi bildirilir.
Ayxan

Oxşar Xəbərlər:

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar

Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI