20 mart 2025
120
İmamoğlunun nədə ittiham olunduğu AÇIQLANDI
İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb. Yenimeydan.info bildirir ki, açıqlamada qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə “tenderlərin saxtalaşdırılması”, ” fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi”, “rüşvətxorluq” və “hədə-qorxu ilə tələb etmə” cinayətləri törədiblər.
Digər ittihama görə, Ə. İmamoğlu çoxsayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb. /Report.az
Oxşar Xəbərlər:

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat