Məlumata görə, bunu bu gün Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
Türkiyə: Latakiya hadisələri Suriyanın birliyinə yönəlmiş terror aktıdır
Ömər Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.
ABŞ Suriya hakimiyyətini azlıqlara hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb
ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları radikal islamçı terrorçular, əcnəbi cihadçılar adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.
Suriyada Əsədin devirməsindən sonra ən böyük silahlı qarşıdurma
Qeyd edək ki, son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.
Britaniyadakı Suriya İnsan Haqları Monitorinq Mərkəzi martın 6-dan indiyə qədər 745 mülki şəxsin öldürüldüyü, hökumət qüvvələri və silahlılar arasında döyüşlərdə isə hər iki tərəfdən həlak olanların ümumi sayının 273 nəfərə çatdığı barədə məlumat yayıb.
Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma sayılır.
10 mart 2025
97
Türkiyə və ABŞ-ın Suriyada maraqları kəsişir

Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir.
Oxşar Xəbərlər:
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ

Böyük təhlükəyə qarşı ittifaq:Türkiyə və Suriya onları məhv edəcək

“Ölkə tam xaos içindədir”, amma... – Suriyalıların gələcək ümidi - FOTOLAR

YAXIN ŞƏRQDƏ RUSİYA ADLI OYUNÇU ARTIQ YOXDUR! –ABŞ bu regiondan getməyəcək, Türkiyə isə...

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH