10 mart 2025
136
DTX Dövlət Turizm Agentliyinin əməkdaşını həbs etdi -SƏBƏB

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-də şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.
Oxşar Xəbərlər:

Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir -DETALLAR

Turizm Agentliyində qalmaqal davam edir - Daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Turizm Agentliyində qalmaqal - Sədrin qaynanasının badına Aparat rəhbəri işdən çıxarıldı

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI