28 fevral 2025
105
Ukraynaya dair razılaşma ya tez olacaq, ya da heç olmayacaq -Tramp
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna nizamlanmasına dair razılaşma ya nisbətən tez əldə olunacaq, ya da heç olmayacaq.
Yenimeydan.info -nun məlumatına görə, Tramp bu barədə ikitərəfli danışıqların yekunu üzrə Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında bildirib.
Trampın sözlərinə görə, Ukrayna nizamlanması məsələsində “böyük irəliləyiş” əldə olunub.
"Mən düşünürəm ki, işlər olduqca sürətlə gedir",- Amerika lideri deyib.
"Bu, nisbətən tez baş verəcək və ya heç olmayacaq", - Tramp belə hesab edir.
“Əgər sülh istəyirsənsə, münaqişənin hər iki tərəfi ilə danışmalısınız”, - Tramp vurğulayıb. O qeyd edib ki, bu yanaşmanı sağlam düşüncə diktə edir.
“Növbəti addımımız atəşkəsə doğru olacaq, buna nail olmaq tamamilə mümkündür. Ümid edirik ki, bu, tezliklə baş verə bilər", - ABŞ prezidenti sözlərini yekunlaşdırıb.
Oxşar Xəbərlər:

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir

Tarixi qərarsızlıq və müsbət gözləntilər -Təqaüdə bir addım qaldı
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?