07 fevral 2025
166
SOCAR-ın “Neftqaztikinti” tresti gömrük qaydalarını pozur
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti gömrük qaydalarını pozduğuna görə cərimə edilə bilər.Tribunainfo.az xəbər verir ki, “Neftqaztikinti” tresti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.SOCAR-ın “Neftqaztikinti” tresti ilə bağlı işə 12 fevral tarixində Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən SOCAR-ın “Neftqaztikinti” tresti trestin müdiri Qağaməli Seyfullayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Oxşar Xəbərlər:

SOCAR-ın daha bir idarəsi cərimələnir

Xətai rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirildi – FOTOLAR
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI