06 fevral 2025
130
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... -Təkcə bir idarədə... təkcə bir fakt...
Yenimeydan.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına (NHMT) müraciətində SOCAR "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Emil Tahirov qeyd edib.
O daha sonra ilginc bir faktı diqqətə təqdim edərək, iddia olunanların gərəkən qurum və şəxslər tərəfindən araşdırılması üçün çağırış edib:
"Cənab Prezidentimizin göstərişi ilə dövlət proqramına uyğun olaraq Muğanlı-İsmayıllı-Qəbələ istiqamətində yollarının yenilənməsi, yəni yolun çəkilişi zamanı "Azəriqaz"ın balansından silinmiş, lakin demontaj olunmamış təqribən 4000P/m 159mm-lik və təqribən 5000P/m 219mm-lik - ümumilikdə 9000P/m borunu Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərləri - keçmiş rəis Osman Beybutov və indiki rəis Vəli Sadıqov - ümumi metal dəyəri 200 min manatdan çox olan boruları hara və necə təhvil veriblər?
Təbii ki, bu işdə "Azəriqaz" İB-nin məsul şəxslərinin maraqları olduğu üçün məsələ ört-basdır edilib. (Dia.az)
Necə deyərlər... yağış yağdı çatlar örtüldü..."
Oxşar Xəbərlər:
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

'Azəriqaz' vətəndaşı NECƏ QAZLAYIR... - Qələm onların əlindədir...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Göyçayda ÖZBAŞINALIQ