05 fevral 2025
110
Onlara yeni vəzifə verildi-FOTO
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.
Yenimeydan.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər.
Vəfa Yaqublu bu təyinatadək Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. Arslan Hacıyev isə ötən ilin noyabr ayından Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Oxşar Xəbərlər:
Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı sensasion faktlar açıqlandı

“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri

Prezident əfv sərəncamı imzaladı – SİYAHI