05 fevral 2025
120
SOCAR-da benzin əvəzinə su vurulub? - İDDİA

Bakıda SOCAR-ın yanacaqdoldurma məntəqəsindən benzin alan vətəndaş gözlənilməz problemlə üzləşib.
Onun iddiasına görə, avtomobilinə yanacaq doldurduqdan sonra mühərrikdə ciddi nasazlıq yaranıb. Avtomobili yoxladıqda məlum olub ki, yanacaq çənində benzin əvəzinə su var.Vətəndaş bildirib ki, həmin məntəqədən aldığı benzindən sonra avtomobili işə düşməyib və onu servisə aparmağa məcbur olub. Servis ustalarının rəyinə görə, problem çəndəki yanacaqda su qarışığının olması ilə əlaqəlidir.
SOCAR-dan isə hələlik məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Biz də məsələni araşdırmaq üçün SOCAR-a rəsmi sorğu ünvanlamışıq və mövzuyla bağlı rəsmi cavabı gözləyirik.
Məsələ ilə bağlı yeni məlumat əldə etdikcə oxucularımızı məlumatlandıracağıq.(ajans.az)
Oxşar Xəbərlər:

Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir - BU NƏDİ BELƏ?..

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI