04 fevral 2025
118
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Maliyyə Nazirliyinin bir gündə iki, bir həftədə isə 4 tenderi ard-arda ləğv edilib. Yenimeydan.info xəbər verir ki, Samir Şərifovun nazir postundan getməsindən sonra nazirliyin bəzi işlərinin təs getdiyi deyilir.Açıq mənbələrdə qeyd edilir ki, ləğv olunan birinci tenderə əsasən nazirlik “Qht-hesabat.maliyye.gov.az” informasiya sisteminə 2025-ci il üzrə texniki dəstəyin göstərilməsi xidmətinin satın alınması daxil olub. Dəyəri 18.514,20 manat olan müsabiqənin ləğvinə səbəb qanunun bəzi tələblərinin pozulmasıdır.İkinci ləğv edilən tender isə maliyyə hesabatlarının elektron qaydada verilməsini təmin edən sistemə (e-mühasibat elektron portalı) 2025-ci il üzrə texniki dəstək xidmətinin satın alınmasından ibarət olub.
Dəyəri 34.479,60 manat olan tenderin ləğvi ilə bağlı qərar AİİBNDX tərəfindən verilib. Qeyd edilir ki, dövlət qurumu bununla bağlı AİBNDX-SQ-698/2025 nömrəli ləğvetmə qərarı qəbul edib.
Oxşar Xəbərlər:

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..
“Maliyyə resursları olmadan QHT-lər bu əlaqələri, əməkdaşlığı qoruyub saxlaya bilmirlər” - Çingiz Qənizadə
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!