15 yanvar 2025
9

SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...


SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB

2024-cü ilin ilk yarımilində SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 870 min manat təşkil edib.

Bu barədə "DİA-AZ" SOCAR-ın yarımillik hesabatlarına istinadən xəbər verir.

Məlumata görə bu illikmüqayisədə 20 min manat, başqa sözlə 2,4% çoxdur.

30 iyun 2023-cü il vəziyyətinə SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 850 min manat təşkil etmişdi.

Baş rəhbərliyə SOCAR-ın Prezidenti və 10 Vitse-prezident daxildir. (30 iyun 2023-cü il tarixində SOCAR-ın Prezidenti, birinci vitse-prezidenti və 9 vitse-prezidenti olub). Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də SOCAR qrupunun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.

"DİA-AZ" qeyd edir ki, "SOCAR"ın rəsmi rəhbərliyinin maaşındakı artıma rəğmən sıravi işçilərin maaşlarındə anoloji müsbət tendensiya müşahidə edilməyib.

4 ildir ki, eyni maaşı alan sıravi işçilər nəinki maaş artımı ilə mükafatlandırılmırlar, əksinə, əlavə bonusları belə zaman-zaman səbəbsiz olaraq kəsilir ki, bu barədə də "DİA-AZ" olaraq dəfələrlə etiraz dolu açıqlamaları təqdim etmişik.

Aydın olanı odur ki, SOCAR-da toxun acdan həqiqətənd də xəbəri yox imiş... və yaxud da varsa, daha da pis...