14 yanvar 2025
16
"Bəs o milyonlar akademiyaya nə üçün ayrılır?" - ETİRAZ VAR...
"Maaş azlığından gileylənir... Görən də deyir, dövlətin o qədər qayğısına qalıb ki, indi də ondan yüksək maaş tələb edir. Nə alim kimi alim, nə də adam kimi adam oldular. Bəla burasındadır ki, maaş azlığından giley edən alim diplomlu bu hiyləgər tüfeylilərin yüksək təminatlı həyat şəraiti var. Əlləri cinayət burulğanında burulan akademşəbəkənin cibindədir. Guya maaşa baxan olublar?!" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Ey alim! Universitetləri demirəm, akademiyada, elmi-tədqiqat institutunda dövlətin ayırdığı milyonlarla vəsaitin mənimsənilməsinə, bir dəfə də olsun, etiraz etdinmi? Etmədin! Gözün kor, qulağın kar, dilin lal oldu, deyilmi?! Əksinə, həmin akademiklə, direktorla, işbaz professorla, cibəgirən elmlər doktoru, fəlsəfə doktoru və digərləri ilə əlbir oldun, özünə “gün ağladın”, susdun, bircə maaş adı gələndə dövləti lənətləmək yadına düşdü.
Ey haqq, ədalət, dürüstlük, vətənpərvərlik donuna girib şəxsi marağı naminə böyük bir auditoriyanın avamlığını istismar edən çoxbilmiş üləmayi-ictimailər! Akademik dostlarınız, sinif yoldaşlarınız, qohumlarınız, yerliləriniz dövlətin maliyyə kapilyarlarını gəmirəndə niyə səsiniz çıxmır və axta buzova dönürsünüz?! Axır-başı insanlar sizin də riyakarlığınızı biləcək!
İctimai xadim cildində təzahür edənləri hələ demirəm, alim riyakarlığı nə qədər iyrənc, dağıdıcı və bədxah olurmuş?! Barı, utanın, səsiniz çıxmasın! Bir az araşdıran kimi milyonluq eviniz, mülkünüz dil açıb danışır. Sizin maaşınızı artırmaq yox, azlaltmaq daha düzgün addım olardı. Ölkədəki harın, riyakar alimlərin statistikası aparılsa, qandondurucu maliyyə fırıldaqları, daha nələr və nələr üzə çıxar...
Differensial əmək haqqı sistemi tətbiq olunmalıdır. Bəs o milyonlar akademiyaya nə üçün ayrılır? Maaşdan əlavə gerçək elmi iş görənlərə şərait yaradılması üçün. Bunları yeyən akademik boslara səsi çıxmayan namərd alim kütləsi “dilsiz-ağızsız” dövlətə dil uzadır, öz eybini isə görmür.
Ey “maaş azdır” deyib milyonların mənimsənilməsini arxa plana keçirməyə çalışanlar! “Maaş azlığı”ndan şikayətlənməkdən əvvəl yanbızını yaladığınız, dövlət maraqlarına qarşı birləşdiyiniz, əməllərini ört-basdır etdiyiniz oğru akademikin, nadürüst direktorun, rüşvətlə tənəffüs edən rerktorun və digər üləmaların təmsil olunduğu zərərli şəbəkədən imtina edin! Onların qanunsuz əıməllərini malalamayın!
Ey alim! Sən xidmət etdiyin, quyruq bulayıb qarşısında baş əydiyin, prinsipsizliyin, öz taleyinə biganəliyin, xalqın və dövlətin vəsaiti sayəsində milyonçuya çevrilən akademşəbəkə boslarını lənətlə yad et, sənə əbədi dayaq ola biləcək dövləti yox! O akademik sənin təriflərindən, mövqesizliyindən, yalgüdənliyindən, haqsızlığa susmağından, riyakarlığa meyilliliyindən şişir, harınlayır, buynuz çıxarır.
Dövlətə nə vermisən ki, indi də alasan?! Yaltaqlıq, karlıq, korluq, lallıq, riyakarlıq, rüşvətxor və oğrularla əlbirlik, mənimsəmə, saxtakarlıq və s. dövlətə töhfə deyil axı. Nə vermisənsə, akademşəbəkəyə vermisən. İndi də al, ala bilirsənsə!
Bu gün şəbəkəyə qoşulmayan bir alim aliləsinin ağır maddi-sosial duruma düşməsinin səbəbi məhz akademik məsuliyyətsizlik və azğınlıqdır!.."
Oxşar Xəbərlər:
İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
AMEA-da dövlətin ayırdığı pulları `BASIB YEYİRLƏR`... - İTTİHAM VAR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Elmi Tədqiqat Kardiologiya İnstitutunda Gülnaz Dadaşova qanunları - İTTİHAM VAR!