14 oktyabr 2024
29

Elm və Təhsil Nazirliyi “Universal-S” MMC-yə 8 milyon verib

     Təhsil Nazirliyi daha bir tenderinin nəticələrini açıqlayıb. Yenimeydan.info  xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasını həyata keçirəcək.İki gün öncə açıqlanan nəticələrə görə, tenderin qalibi “UNIVERSAL-S” MMC olub. Bu şirkətlə nazirlik 3.838.613,4 manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Universal-S” MMC arasında tender anlaşmaları ilk deyil. Bundan öncə də, bir neçə dəfə iri tenderlərin qalibi olan MMC TN-dən bir xeyli qazanc götürüb. Məsələn, ötən ilin yayında analoji işlərin görülməsi üçün keçirilmiş tenderin qalibi olan “Universal-S” MMC nazirliklə 3 813 221 manat məbləğində müqavilə imzalayıb.
Elə həmin il sözügedən şirkət Təhsil Nazirliyinin daha bir tenderini də udub. Tribunainfo.az xəbər verir ki, həmin vaxt da “UYniversal-S” “Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması”nı həyata keçirib. Bu tenderin dəyəri isə 649 591 manat təşkil edib.
Araşdırma zamanı məlum olub ki, bu ilin aprelində “Universal-S” MMC cərimə edilib. Belə ki, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Bəs, “Universal-S” MMC kimə məxsusdur? Açıq mənbələrdə bu şirkətlə bağlı demək olar ki, heç bir məlumat yoxdur. Onun sahibinin kimliyi də gizli olaraq qalır. Güman edilir ki, son bir ildə Təhsil Nazirliyinin 5 milyon manata yaxın tenderini udan şirkətin nazirliklə ya çox yaxşı əlaqəsi var, ya da nazirlikdə kiminləsə şərikliyi mövcuddur. Çünki Azərbaycanda eyni qurumun tenderlərini udan eyni şirkətlərin böyük əksəriyyətinin qarşılıqlı əlaqələrinin olması halı çoxdan mövcuddur. Yəni, dövlət qurumları mümkün qədər tenderləri kənar şirkətlərə vermirlər