12 oktyabr 2024
116
Kişi döyülərək öldürüldü - Oğlu saxlanıldı
Bu barədə Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Oxşar Xəbərlər:

Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu – MƏHKƏMƏ İŞİ

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Küçənin ortasında təpikləyib öldürdü – Bəlkə də içməsəydi… – Bakıdakı qətlin TƏFƏRRÜATLARI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
