11 oktyabr 2024
26

Baba Vəziroğlu: “Yəqin, Ağadadaş Ağayevin əsəbləri yerində deyil, istirahətə gedib”

        “İnanın ki, Ağadadaş Ağayevlə danışmaq üçün çox cəhd etmişəm, amma telefona cavab vermir.  Məlum hadisə baş verən zaman onun qiyabi şəkildə müdafiəsinə qalxdım, özü ilə danışmadım. Hətta bir-iki dəfə mənə televiziya kanallarından zəng etdilər ki, o hadisəni xatırlatmadan sizin də iştirakınızla Ağadadaş müəllimlə veriliş hazırlayaq. Zəng elədim, yenə telefonuma cavab vermədi. Sonra telefonla heç bir əlaqəm olmayıb. Gah telefonu bağlı olur, gah da dəstəyi götürmür. Hər kəs onun səhhəti üçün narahatdır. İnanıram ki, yaxşıdır. Barış Mançonun mahnısında deyildiyi kimi, “qara xəbər tez yayılır…” Təki narahatlıq olmasın”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
“Jurnalistlərin ziddinə getmədikləri məsələ yoxdur. Nəsə olsaydı, xəbər tutardılar. Ola bilər, heç Ağadadaş Ağayev burda deyil. Burda olsaydı, jurnalistlər məlumat əldə edərdilər. Yəqin, əsəbləri yerində deyil, istirahətə gedib. Təəssüf ki, birbaşa özü ilə danışıb, səsini eşidə bilmirəm. Başqa adamdan da soruşa bilmirəm, utanıram. Deyəcəklər ki, siz Ağadadaş Ağayevin ən yaxın dostusunuz, bizdən niyə soruşursunuz? Buna görə mən də nə vəkilindən, nə də qeyrisindən soruşuram. Hər halda nömrəmi görür. Yəqin, insafa gəlib özü zəng edər ki, qardaş, şükür Allaha, sağ-salamatlıqdır. Bu ümidlə gözləyirəm”, – B.Vəziroğlu bildirib.