11 sentyabr 2024
56

Cəlilabaddakı gizli sövdələşmə üzə çıxdı

       Cəlilabad şəhərində abadlıq işlərinin həyata keçirilməsi prosesi dayandırılıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb Cəlilabad rayon İcra Hakimiyyətinin bununla bağlı elan etdiyi tender ləğv edilməsidir.
Qeyd edilir ki, infrastrukturun cari və əsaslı təmir işləri üçün nəzərədə tutulmuş tenderin ləğvinə səbəb “Dövlət satınalmalar haqqında” qanunun 36.1.6-cı maddəsinin tələbinin pozulmasıdır. Bu o deməkdir ki, tenderin maliyyələşdirilməsi ciddi əsaslar səbəbindən dayandılır.
Həmin qanuna əsasən maliyyələşmə o zaman dayandırılır ki, tərəflər satınalmanı həyata keçirilməsi zamanı bütün təchizatçılar arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə) həyata keçiriblər. Və ya yaxud bütün təchizatçılar tərəfindən bu Qanunun 6.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildikdə maliyyələşmə dayandırlılır.
Bildirək ki, Cəlilabad İcra Hakimiyyəti bu işlər üçün 267.103,62 manat ayırmağı nəzərədə tutub.