16 avqust 2024
54

Deputatlığa namizəd Əfqan Quliyev seçicilərlə görüşdü - FOTOLAR

 




2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində öz təşəbbüsü ilə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əfqan Quliyev bu gün, Suraxanı Maşınqayırma Zavodunun həyətində,açıq havada seçicilərlə görüş keçirib.Əfqan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.Ə.Qüliyev həmçinin seçiciləcəyi təqdirdə görəcəyi işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında seçicilərə geniş məlumat verib.Namizəd çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.