08 mart 2024
34

Zelenski sabah Türkiyyəyə səfər edəcək

    Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək.Yenimeydan.info-nun  verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı təmaslardakı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.

V. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyə-Ukrayna münasibətlərini də müzakirə edəcək.