28 fevral 2024
204
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
Yenimeydan.info xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib."Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir.
Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”, - İlham Əliyev bəyan edib
Oxşar Xəbərlər:

Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı - Sərt bəyanat
YAP-ın İlham Əliyevlə 5-ci seçkisi - 18 illik sədrlik nələri dəyişdi
AMEA-da yüksək vəzifə tutan millət vəkilləri - SİYAHI

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
