02 fevral 2024
90

Paşinyan: “Çoxları deyir ki, Konstitusiyaya dəyişikliklər Bakının təzyiqləri ilə bağlıdır”

       “Təsəvvür edin ki, qırmızı paltarda öküzlərin olduğu yolda gedirik. paltarımızı dəyişməsək, keçməyəcəyik”.Yenimeydan.info News.am-a istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan radioda müsahibəsində deyib.
Onun sözlərinə görə, çoxları birbaşa deyir ki, Konstitusiyaya edilən bu dəyişikliklər Azərbaycanın təzyiqləri ilə bağlıdır.
“İstənilən hökumət ölkənin təhlükəsizliyini hansı konsepsiya ilə təmin edəcəyini başa düşməlidir. Xarici təhlükəsizlik təhdidinə səbəb olan problemləri və məqamları qeyd etmək lazımdır.
Bilirik ki, aqressiv bir mühitdəyik, vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır”.