31 avqust 2023
162

Keçmiş nazirin universiteti cərimələnə bilər

 
 Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun təsisçisi olduğu “Qərbi Kaspi” Universiteti cərimələnə bilər. 
Yenimeydan.info xəbər verir ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
430.4-cü maddədə nəzərdə tutulan inzibati xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.