25 fevral 2023
288

Cavanşir Feyziyevə məxsus olduğu deyən MMC-yə qarşı 3 məhkəmə iddiası

məşhur apteklər şəbəkəsi barəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə protokolu yazılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “Dokta” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zamiq Bağırovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

“Dokta” MMC həmçinin İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə (aptek təşkilatlarına dair tələblərin pozulmasına görə – 1000 manatdan 2000 manatadək cərimə) cərimələnməsi üçün Binəqədi rayon Məhkəməsinə verilib. Bu işə hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.
Həmçinin “Dokta” MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 221.1-cü maddəsi ilə məhkəmə iddiası qaldırılıb. İşə martın 9-da Binəqədi rayon Məhkəməsinin hakim Elçin Ağayevin sədrliyi ilə baxıacaq.
Bu maddədə göstərilir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – 1000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Sadıqov Elçin Ağasadıq oğludur.

Elçin Sadıqov “Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. “Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan “Avromed”in sahibidir.