17 avqust 2023
157

Jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb – AÇIQLAMA

  Jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb.Yenimeydan.info  xəbər verir ki, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alan jurnalist ötən gün xəstəxanadan çıxıb.
S. Məmmədli Lent.az-a açıqlamasında özünü yaxşı hiss etdiyini, tezliklə yaradıcılıqla məşğul olmaq arzusunda olduğunu dilə gətirib.
Qeyd edək ki, Lent.az-ın əməkdaşı olan Səbuhi Məmmədlinin səhhətində bir müddətdir, problemlər yaranıb.