10 fevral 2023
244

İRANIN AZƏRBAYCAN QORXUSU… SON SAVAŞA GİRƏCƏYİK?

İranın Güney Qafqaz siyasəti Türkmənçay müqaviləsinə əsaslanır. Məhz o bunu Qafqazı itirdiyi həqiqətini əsas qəbul edir. 195 ildir Cənubi Qafqazı özünün “misakı – millisi” hesab edir.Bu gün isə genişlənmə siyasəti ilə hakimiyyətə gələn hərbçi və kəşfiyyatçı hökumət nə danışıqdan başa düşür, nə də diplomatiyadan.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Əziz Əlibəyli çıxış edib. O bildirib ki, İran zəif olduğu son 200 ildə ancaq torpaq itirib:
“Əliyevin Qarabağda düşməni məğlub etməsi ilə İranın son 30 ildə formalaşdırdığı “2 milyon erməniyə məğlub olan Azərbaycan” fikri çökdü.
İranın bütün qorxuları və təhlükələri Azərbaycanla bağlıdır. Burdan nə İraq olar, nə də Suriya.
O baxımdan bütün gücünü nüvə silahına və ruslarla müttəfiqliyə hesablayıb.
Son savaşa girəcəyik. İranla savaşa – bu, silah, güllə, ölüm savaşı deyil: coğrafiya, toplum, ideya, din, Güney Azərbaycan savaşıdır.
Azərbaycan İranın ayarlarını pozub, imperiya refleksini oyatdı.
Azərbaycan İran üçün TƏHDİD məsələsi halına gəldi.
Ona görə son savaşa milli, etnik və dini kimliyi tam inşa etməklə daxil olmalıyıq.
Hücumda, hücumda və hücumda. Dayanmaq məğlubiyyət gətirər”.
Tribunainfo.az