02 fevral 2023
233

“İRAN AZƏRBAYCANI QAN ÇANAĞINA ÇEVİRMƏK İSTƏYİR…” – PROFESSOR

“Tehrandakı səfirliyimizdə törədilən qanlı terror hadisəsinin üstündən sirr pərdəsi götürülməkdədir. Artıq xeyli müşahidə faktları (mərkəzdə yerləşən və ciddi qorunan bir küçədə polisin, xüsusi xidmət əməkdaşlarının olmaması, terrorçuya səfirlik binasına daxil olarkən maneə törədilməməsi və s.), məntiqi təhlil və istintaq orqanlarının terroru törətməkdə icraçı rolunu oynayan Yasin adlı degeneratın anlaqsız adı ilə qələmə verilməsi, bu qanlı olayın İranın dövlət səviyyəsində təşkil etdiyi ağır bəşəri cinayət olduğu qənaətini getdikcə möhkəmləndirir. Qanlı terror hadisəsi birbaşa ölkəmizə qarşı yönələn sürəkli hədə və təhdidlərin bir komponenti hesab edilməlidir”.Tribunainfo.az yazır ki, bu fikirlərlə professor Adil Qeybulla çıxış edib. O bildirib ki, İran regionda getdikcə güclənən və önəmi artan Azərbaycanı, onun hərbi uğurlarını qətiyyən həzm edə bilmir və ölkəmizi Liviya, Suriya kimi qan çanağına çevirmək istəyir:
“İran X əsrdən bəri türk sülalələri tərəfindən idarə edilir. Qacar və Rusiya müharibəsi dövründə onun ərazi bütövlüyünü məhz güneyli soydaşlarımız – Azərbaycan türkləri qorumuş, Rusiyaya qarşı rəşadətlə vuruşmuşlar. Bu gün də İranın sosial həyatının bütün sahələrində soydaşlarımızın rolu yetərincədir.
Qanlı terrorun ilk dəqiqələrindən başlayaraq Azərbaycan prezidenti İlham Əliyev, müvafiq dövlət qurumları, siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayənləri qətiyyətli mövqe ortaya qoydular. Lakin son dərəcə təəssüf doğuran acı mənzərə də göz önündədir: ölkəmizdə İran xüsusi xidmət orqanarının yemlədiyi və idarə etdiyi casus şəbəkələrinin, təriqət zombilərinin perfomansı göstərir ki, vətən əxlaqı olmayan bu heterogen hörgüt daim nəzarətdə olmalıdır”.
Tribunainfo.az