31 yanvar 2023
272
İKİBAŞLI OYNAYAN ERMƏNİSTAN… ERMƏNİSTANIN QƏRBƏ UYDURDUĞU YENİ NAĞIL…
Ermənistan artıq bir neçə aydır ki, dünyaya yeni hekayə yayamağa çalışır ki, guya, bu ölkə Qərbyönümlüdür, Rusiya ilə, guya, problemləri var, KTMT-dən, Rusiyadan, guya, inciyib və s. Belə bir hekayə satmağa çalışmaqla dünyada yaranmış anti-Rusiya koalisiyasından yararlanmaq istəyir, əslində isə Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb.
Tribunainfo.az yazır ki, bu fikirlərlə iqtisadçı Natiq Cəfərli çıxış edib. Ekspert bildirib ki, 2022-ci ildə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır:
“Rəqəmlər yalan danışmır.
– 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub ki, Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib,
– 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanan ildə isə Rusiya-Ermənistan ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub,
– 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələr 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb.
2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərib – deməli, burada sanksiyalardan yan keçmə mexanizmləri işə düşüb”.
İqtisadçının sözlərinə görə, 2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan, bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz:
“Əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, eloktrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb, və ya bahalı və yeni avtomobillərə ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb. Bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir.
Ona görə də publikaya oynamaq üçün üzdə söz güləşdirməklərinə, bir-birlərini tənqid etməklərinə baxmayın – Rusiya və Ermənistan birliyi, qardaşlığı əbədidir, dönməzdir və ancaq Rusiya zəiflədiyi, Ukraynada məğlub olduğu zaman bitə bilər, ona görə də, post-sovet Respublikalarından (Belarusdan başqa) Rusiyanın Ukraynaya təcavüzünü mitinqlərlə, yürüşlərlə, sanksiyalardan yan keçməkdə kömək etməklə açıq şəkildə dəstəkləyən ölkə məhz Ermənistandır”.