27 yanvar 2023
323
AZƏRBAYCANDA DOLLAR UCUZLAŞACAQ?
Son valyuta hərraclarında bankların Mərkəzi Bankdan dollar almaması müxtəlif şayiələrə yol açıb. Bir çoxları bu gedişlə dolların ucuzlaşacağını, manatın möhkəmlənəcəyini iddia edirlər.
Yenimeydan.info xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı paylaşım edib. İqtisadçı hesab edir ki, Mərkəzi Bankın siyasəti manatın möhkəmlənməsinə xidmət etmir: “Mərkəzi Bankın təşkil etdiyi son 2 valyuta hərracında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi yaranmayıb.
Səbəb nədir? Manat dollara nisbətən möhkəmlənə bilərmi?
Dollara tələbin azalmasının bir neçə əsas səbəbi var. Əvəlla, mövsümi olaraq dollara tələbin azalması müşahidə olunur. Bu, daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır. Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar olub. Bu, idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir.
Digər tərəfdən, əhalinin də dollara tələbi azalmaqdadır. Burada iki mühim məqam var. Birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır.
Manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir. Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir. Bu baxımdan, mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq, kursda istənilən dəyişikliyin orta və uzun müddətli dövrdə əsk təsirləri ola bilər. İndiki halda, Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaq daha prioritet olaraq qalmaqdadır”.