09 fevral 2023
399
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb - Video
Mediatv.az xəbər verir ki, yük təyyarəsi faciədən zərərçəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparıb.
Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək: “Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək”.
Ətraflı videomaterialda:
Oxşar Xəbərlər:

Təbrizlilər Bakıdakı “şairi” niyə və necə qovdular?

Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün “Qardaş Köməyi” Platforması yaradıldı – FOTO

ZƏLZƏLƏ BÖLGƏSİNƏ GETMƏK İSTƏYƏN MİNLƏRLƏ KÖNÜLLÜ – VİDEO

AMERİKANIN TƏYYARƏDAŞIYAN GƏMİSİ YUNANISTANA GƏLİR
Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...
