07 fevral 2023
287

ZƏLZƏLƏ BÖLGƏSİNƏ GETMƏK İSTƏYƏN MİNLƏRLƏ KÖNÜLLÜ – VİDEO

İstanbuldan zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə könüllü İstanbul hava limanına axın edib. Fəlakət bölgəsinə getmək üçün az qala bir-biri ilə yarışan könüllülər terminalda uzun növbələr yaradıblar.Yenimeydan.info SonDakika xəbər agentliyinə istinadən bildirir ki, İstanbul valisi Əli Yerlikaya 00.30 etibarilə İstanbuldan 6 min 718 personal və könüllünün 41 təyyarə ilə bölgəyə göndərildiyini açıqladı.Zəlzələ bölgəsinə yardım könüllülərinin göndərilməsi THY-nin təyyarələri ilə fasiləsiz olaraq davam edir. Digər tərəfdən, Albaniyadan İstanbul Hava Limanına gələn əsgərlərin də olduğu 50 nəfərlik axtarış-xilasetmə qrupu THY-nin təyyarəsi ilə Adanaya göndərilib.