04 fevral 2023
292
“Instagram”da mavi işarə – ÖDƏNİŞLİ OLACAQ

Alessandro Paluzzinin paylaşımına görə, “Instagram” tətbiqinin kodlarında görünən istinad sətirləri onun abunə xidməti olacağını göstərir. İddialara görə, şirkət hələlik bu abunəlikdən hesabın yoxlanılması üçün istifadə edəcək. Lakin gələcəkdə nələrin baş verəcəyi ilə bağlı məlumat yoxdur.
A.Paluzzinin mövzu ilə bağlı açıqlaması belədir: “İnstagram” mavi nişanı ehtiva edən abunə planı üzərində işləyir. Hal-hazırda bu kodda buna yalnız bir neçə kiçik istinad var. Heç nə görünmür. Odur ki, fərziyyəmi təsdiq edə biləcək bir ekran görüntüsü göndərənə qədər bunu şayiə kimi qəbul edin”. (Trend)
