19 fevral 2026
13

İran yenə qarışır: Məşhəd və Nəcəfabada da etirazlar başlayıb

    İranda etirazların yeni mərhələsinin başlaması müşahidə olunur.
Tribuna.az xəbər verir ki, son iki gündə ölkənin müxtəlif şəhərlərində insanlar etirazlara başlayıblar.
Belə ki, İlam vilayətinin Abdanan şəhərindən start götürmüş proses Məşhəddə davam edib. Küçələrə çıxan insanlar “Qatil rəhbəri mədh etmək üçün yaxınlarımızı ölümə verməmişik!” şüarını səsləndiriblər.
Qeyd edək ki, SEPAH qüvvələri etirazçıları küçələrdən çəkmək üçün onlara atəş açıb.
Analoji hadisələr İsfahan vilayətinin Nəcəfabad şəhərində də qeydə alınıb. 8-9 yanvar qətliamında ən çox itki verən şəhərlədən Nəcəfabadda insanlar öldürülənlərin şəkilləri ilə küçəyə çıxıblar. Aksiyalar səhərə qədər davam edib.
Müşahidəçilər bildirir ki, hadisələrin indiki dinamikası yanvar aksiyalarında olduğu kimidir. Həmin vaxt insanlar lokal şəkildə etiraza qalxmışdılar. İndi də eyni qaydada prosesin davam etdiyini qeyd edilər.
Onların fikrincə, bu dəfə etirazlar total şəkil alarsa, molla rejiminin müqavimət göstərmək imkanı olmayacaq.
Fərda Uğur