19 fevral 2026
13
Cəlal Orucov Kapital Bank-ın İdarə Heyətinin üzvü TƏYİN OLUNUB - BUNDAN SONRA...
Cəlal Orucov Kapital Bank-ın İdarə Heyətinin üzvü təyin olunub.
"DİA-AZ" banka istinadən xəbər verir ki, Kapital Bank-ın Müşahidə Şurasının qərarı ilə İdarə heyətinə yeni üzv təyin olunub. Qərara əsasən Calal Orucov bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb. O, Kapital Bank-ın Ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək.
Qeyd edək ki, Calal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, PAŞA Bank-da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda PAŞA Kapital-da Müşahidə Şurasının üzvüdür.
Oxşar Xəbərlər:

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Pensiya yaşını keçmiş DEPUTATLAR - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI