19 fevral 2026
13
Xankəndi, Ağdərə və Xocalıda bayram tədbirlərinə 695 min manat xərclənəcək - TENDER QALİBİ
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2026-cı il üzrə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında keçiriləcək bayram tədbirləri xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "The Event Company" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 695 085 manat məbləğində satınalma müqaviləsi imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 951 884 manat təşkil edirdi.
Qeyd edək ki, bu bayram tədbiri xidməti Novruz bayramı ilə əlaqədardır.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC-nin 10 sentyabr 2025-ci il tarixində elan etdiyi və müxtəlif biznes forumların, görüşlərin və tədbirlərin keçirilməsini nəzərdə tutan 594 171 manatlıq tenderin də qalibi olub.
Oxşar Xəbərlər:

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək?!-NONSES

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI