19 fevral 2026
12

Vardanyanın pulları “Amnesty International”ın gözlərini qamaşdırıb

     “Amnesty International” təşkilatı Bakıda mühakimə olunan və bir neçə gün əvvəl barəsində 20 il müddətinə həbs cəzası hökmü çıxarılmış Ruben Vardanyanın müdafiəsinə qalxıb.
Tribuna.az xəbər verir ki, təşkilat bununla bağlı açıqlama yayıb.
“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Strathers iddia edib ki, separatçıların həbsi və haqlarında hökmün çıxarılması “əsl faciədir”. “Ruben Vardanyanın və onun kimi bir neçə mülki şəxsin hərbi məhkəmədə mühakimə olunması özü-özlüyündə dərin narahatlıq doğurur və ədalətli məhkəmə prinsipləri ilə uyğun gəlmir”.
O daha sonra Azərbaycandan məhkəmə hökmlərinin ləğvini və yenidən məhkəmə keçirməsini “tələb” edib.
Maraqlıdır, Ruben Vardanyan və digər separatçılar Qarabağda qanunsuzluq edəndə, kütləvi insan qırğınına yol verəndə, günahsız insanları qətlə yetirəndə, habelə 1 milyona yaxın insan qaçqın düşəndə harada idi? Niyə ağzına su alıb susurdu? Niyə indiki kimi, “odlu-alovlu” bəyanatlar vermirdi? Olmaya Ruben Vardanyanın pulları gözlərini qamaşdırıb? Bəlkə Vardanyanın kassirləri ilə yaxşı bir anlaşma əldə olunub? Yoxsa, 35 il beynəlxalq hüququ görməzdən gələn bir təşkilatın yadına həmin hüquq birdən birə niyə gəlsin ki?
Fərda Uğur