13 dekabr 2025
10

Səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb

   Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb.

Yenimeydan.info xəbər verir ki, hadisə paytaxın Xətai rayonunda baş verib.
Məlumata görə, rayonun Babək Prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib.

O, ötən gün xəstəxanada ölüb.

APA